Hondurasda təyyarə qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr
- 19 may, 2019
- 03:55
Hondurasda təyyarə qəzası baş verib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə Roatan adasında qeydə alınıb.
Qəza zamanı pilot da daxil olmaqla, 6 nəfər həlak olub. Qeyd edilir ki, onlardan 5-i turistlərdir.
Agentliyin məlumatına görə, ölənlərin hansı ölkənin vətəndaşları olması məlum deyil. Bununla belə, Hondurasın silahlı qüvvələrinin nümayəndəsi həlak olanlardan 4-nün ABŞ vətəndaşları, turist olduqlarını bildirib. Eyni zamanda yerli hakimiyyət orqanları ölənlərin Kanada vətəndaşları olduqlarını bildiriblər.
Qəza zamanı həlak olan 5-ci şəxsin hansı ölkənin vətəndaşı olması məlum deyil.
Qeyd edilir ki, təyyarə səmaya qalxdıqdan az sonra dənizə düşüb. Qəzanın başvermə səbəbi məlum deyil.
Son xəbərlər
15:11
Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək
Ekologiya15:10
Kats: İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq
Digər ölkələr15:07
Foto
Cəlilabadda bir hissəsi çökən yol təmir olunub
İnfrastruktur15:07
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət edib
Ekologiya14:59
"Sabah" Ceyms İdslə yolları ayırıb
Komanda14:58
Foto
İsrafil Məmmədov: "İtaliyaya investisiya qoyuluşumuz 3 milyard dollardır"
Maliyyə14:53
Foto
Abşeron rayonunda nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə mediatur təşkil olunub
Ekologiya14:46
Norveç Qrenlandiyada baş konsulluq açacaq
Digər ölkələr14:45