Hindistanda yol qəzası baş verib, çox sayda ölən var
Digər ölkələr
- 23 mart, 2021
- 07:13
Hindistanın orta bölgəsində yerləşən Madhya Pradeş ştatında sərnişin avtobusu ilə avtorikşanın toqquşması nəticəsində 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Qvailor dairəsində səhər tezdən baş verən hadisədə ölənlər arasında 12 qadın və avtorikşanın sürücüsü də var. Ölənlərin 9-u hadisə yerində, qalanları yerləşdirildikləri xəstəxanada keçiniblər.
Həmin qadınlar uşaq sığınacağında aşpaz işləyir və avtorikşa ilə işdən evə qayıdırmışlar. Qarşıdan yüksək sürətlə gələn avtobus onlara çırpılıb.
Ştatın Baş naziri Şivrac Sinqh Çuçan ölənlərin və yaralananların ailələrinə maddi yardım göstərmək barədə tapşırıq verib.
Son xəbərlər
23:48
Suriyada aerodrom yaxınlığında mina partlayıb, ölənlər var
Digər ölkələr23:33
Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb
Hadisə23:20
Hemilton "Formula-1" üzrə Britaniya Qran-prisinin sprint yarışının qalibi olub
Formula 123:19
Foto
DÇ-2026: Avstraliya - Misir oyununda hesab bərabərləşib - YENİLƏNİR-4
Futbol22:56
"Edgewing" altıncı nəsil qırıcıların hazırlanması üçün milyardlarla dollarlıq müqavilə bağlayıb
Digər ölkələr22:30
Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik
Xarici siyasət22:23
"Neftçi" Fransada Dünya Qadın Seriyasında 1/4 finala vəsiqə qazanıb
Komanda22:16
Hakan Fidan suriyalı həmkarı ilə regional məsələləri müzakirə edib
Region22:13