Hindistanda ölənlərin sayı 72 nəfərə çatıb

Digər ölkələr
  • 25 dekabr, 2014
  • 17:32
Hindistanda ölənlərin sayı 72 nəfərə çatıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Hindistanın şimal-şərqində polis bildirib ki, qəbilə separatçılarının əli olduğu ehtimal edilən silsilə hücumlar zamanı ölənlərin sayı 72 nəfərə çatıb.

"Report" Amerikanın Səsi-nə istinadən xəbər verir ki, baş nazirin qorxaqlıq aktı adlandırdığı zorakılıqdan sonra Assam ştatının bəzi yerlərində kommendant saatı tətbiq edilib.

Hindistan bu yaxınlarda Boroland Milli Demokratiya Cəbhəsinə qarşı əməliyyatlara başlayıb.

Zorakı keçmişi ilə tanınan bu qrup yerli Boro icmasına müstəqillik tələbi ilə çıxış edir.