Hindistanda mədəndə partlayış nəticəsində azı 18 işçi həlak olub

Digər ölkələr
  • 05 fevral, 2026
  • 21:31
Hindistanda mədəndə partlayış nəticəsində azı 18 işçi həlak olub

Hindistanın şimal-şərqindəki Meqhalaya ştatında özəl kömür mədənində baş verən partlayış nəticəsində azı 18 işçi həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Press Trust of India" agentliyi yerli polisə istinadən xəbər verir.

Hadisə dağlıq Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib. Partlayış yerində 18 nəfərin meyiti tapılıb, daha bir nəfər xilas edilib. Agentliyin məlumatına görə, daha bir neçə nəfər dağıntılar altında qalmış ola bilər.

Axtarış-xilasetmə işləri davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti