Hindistanda güclü leysandan azı 18 nəfər ölüb
Digər ölkələr
- 13 iyul, 2022
- 04:25
Hindistanın müxtəlif ştatlarında ölkənin cənub-qərbində yağan güclü leysan nəticəsində azı 18 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə yerli India TV kanalı məlumat yayıb.
Şiddətli yağıntı Telanqana, Qucarat, Maharaştra və Madhya-Pradeş ştatlarında həyatı alt-üst edib. Daşqınlar Karnataka ştatında da qeydə alınıb. Güclü leysan səbəbindən bir çox ərazinin hələ də su altında qaldığı və torpaq sürüşmələrinin davam etdiyi şərqi Assamda vəziyyət çətin olaraq qalır.
Hindistan paytaxtının bir sıra rayonlarında da daşqınlar qeydə alınıb. Ötən gün musson yağışları Yeni Dehli yollarında nəqliyyatın hərəkətini iflic edib.
Meteoroloqlar ən azı yaxın sutka üçün daha çox leysan yağacağını proqnozlaşdırırlar.
Son xəbərlər
14:31
"Şəfa" klubu kanadalı futbolçu Treyvon Fulleri heyətinə qatıb
Futbol14:25
İlham Əliyevlə Fridrix Merts arasında təkbətək görüş keçirilir
Xarici siyasət14:24
Şri-Lankada zavodda baş verən yanğında 5 nəfər ölüb
Digər ölkələr14:21
Azərbaycanda I yarımildə 35 sahibkara "Startap" şəhadətnaməsi verilib
Biznes14:20
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Xarici siyasət14:19
DİM: Bu ildən jurnalistika ixtisasına qəbul olmaq istəyənlər inşanı kompüterdə yazacaqlar
Elm və təhsil14:16
Almaniya prezidenti Azərbaycanı sabitlik adası kimi xarakterizə edib
Xarici siyasət14:15
Fransa Aİ-də ilk dəfə 15 yaşından kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan etməyə hazırlaşır
Digər ölkələr14:14