Hindistanda fars mədəniyyətini təbliğ edən jurnal bağlanıb
- 08 sentyabr, 2025
- 17:43

Hindistanda 60 ildir fars mədəniyyətini təbliğ edən "Parsiana" jurnalı fəaliyyətini dayandırıb.
"Report" xəbər verir ki, məlumatı "Azad İran" yayıb.
Bildirilib ki, nəşrin bağlanmasına səbəb kimi qərarı abunəçi sayının azalması, maliyyə imkanlarının tükənməsi və nəşri davam etdirəcək şəxsin olmaması göstərilib.
Məlumata görə, bu dərgi 1964-cü ildə Mumbayda zərdüşt Pestonji Varden tərəfindən təsis edilib. Hindistandakı farsların həyatını işıqlandıran nüfuzlu nəşrlərdən sayılıb. 973-cü ildə jurnalın idarəsini Cahangir Patel öz üzərinə götürüb.
Rəsmi olmayan mənbələrə əsasən, nəşr illərlə İranın Fars dili və Ədəbiyyatı Akademiyası tərəfindən maliyyələşdirilib. Ancaq İranda iqtisadi böhran dərinləşdikdən sonra bu dəstək də kəsilib və nəticədə jurnalın dayandırılmasına qərar verilib.