Hindistan və Aİ azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb
Digər ölkələr
- 26 yanvar, 2026
- 19:10
Hindistan və Avropa İttifaqı (Aİ) arasında azad ticarət sazişi üzrə danışıqlar başa çatıb.
"Report" xəbər verir ki, bu barədə Hindistanın ticarət və sənaye nazirinin müavini Raceş Aqraval jurnalistlərə bildirib.
Onun sözlərinə görə, saziş barədə yanvarın 27-də Hindistan-Aİ sammiti zamanı elan ediləcək.
"Saziş balanslı, perspektivli olacaq və Aİ ilə daha səmərəli iqtisadi inteqrasiyaya töhfə verəcək. Həmçinin hər iki tərəf arasında ticarət və investisiyaların inkişafını stimullaşdıracaq", - deyə Aqraval qeyd edib.
Nazir müavininin məlumatına görə, sazişin rəsmi imzalanması mətnin hüquqi yoxlanışından sonra baş tutacaq ki, bu da 5-6 ay çəkə bilər. Gözləntilərə görə, saziş 2027-ci ildə qüvvəyə minəcək.
Son xəbərlər
03:36
SEPAH: Xameneinin dəfn olunduğu Məşhəddə terror aktı törədilib
Region03:09
Barak Ravid: ABŞ ilə İran arasında danışıqlar davam etdirilir
Digər ölkələr02:43
Daçiç: Kosovo BMT-nin üzvü deyil və heç vaxt da olmayacaq
Digər ölkələr02:38
Didye Deşam: "Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlmək böyük uğurdur"
Futbol02:27
Məhəmməd Vəhbi: "Mbappenin vurduğu qoldan əvvəl top ələ dəymişdi"
Futbol02:17
Kilan Mbappe Fransa - Mərakeş matçının ən yaxşı futbolçusu olub
Futbol02:00
Foto
DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB-5
Futbol01:54
İranın hərbi obyekti iki dəfə hücuma məruz qalıb
Region01:27