“HƏMAS” İsrail ordusunu girovla hədələyib
Digər ölkələr
- 07 iyun, 2025
- 18:47
Fələstinin “HƏMAS hərəkatı Qəzza zolağındakı israilli girovlardan birini İsrail Müdafiə Qüvvələrinin (IDF) onun saxlandığı yerə yaxınlaşdığı zaman öldürməklə hədələyib.
“Report” xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı - “İzzəddin əl-Qəssam briqadaları” qrupunun nümayəndəsi Əbu Ubeydə bəyanat yayıb.
“İsrail hərbçiləri girov Matan Zanqaukerin saxlandığı yeri mühasirəyə alıb və biz təsdiq edirik ki, onlar onu sağ-salamat azad edə bilməyəcəklər. Onun ölümünə görə bütün məsuliyyəti İsrail ordusu daşıyacaq”, - o yazıb.
Girovun dəqiq harada saxlandığı barədə məlumat verilmir.
Qeyd edək ki, son üç gündə İsrail ordusu Qəzza zolağında radikallar tərəfindən qaçırılan üç girovun qalıqlarını aşkar edib.
Son xəbərlər
22:42
"The Times": 260-dan çox pilot məzuniyyət pulunun ödənilməməsinə görə "Ryanair"i məhkəməyə verib
Digər ölkələr22:32
Kaxaber Sxadadze: "Qəbələ" hazırda yeni mövsümə heç 70 faiz hazır deyil"
Futbol22:29
Suriya İraqla sərhədə hərbi birləşmələr yerləşdirib
Digər ölkələr22:15
CENTCOM blokadanın bərpasından bəri 45 gəmini yönləndirib
Digər ölkələr22:03
"Politico": ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artırır
Digər ölkələr21:48
Tbilisi meri Gürcüstan və Ukraynanın NATO-ya üzvlük vədləri ilə aldadıldığını bildirib
Digər ölkələr21:39
"Frontex": Aİ-yə miqrant axını 37 % azalıb
Digər ölkələr21:28
Türkiyəli jurnalistlər Ağdamda aparılan bərpa-quruculuq işləri ilə tanış olublar
Daxili siyasət21:27