Hakan Fidan britaniyalı həmkarı ilə görüşüb
- 22 noyabr, 2023
- 14:31
Türkiyənin xarici işlər naziri Hakan Fidan britaniyalı həmkarı Devid Kemeron ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
Belə ki, Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüslər göstərmək vəzifəsi daşıyan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının nümayəndə heyəti bu gün Londonda olub. Səfər çərçivəsində Hakan Fidan həmkarları ilə birlikdə Birləşmiş Krallığın xarici işlər naziri Devid Kemeron ilə görüşüb.
The delegation mandated by the Organization of Islamic Cooperation and Arab League to take international action to stop the war in Gaza and achieve lasting peace was in #London today.
— Turkish MFA (@MFATurkiye) November 22, 2023
Minister of Foreign Affairs @HakanFidan, together with his counterparts, met with David… pic.twitter.com/ogJnKh4PzA