Hakan Fidan ABŞ dövlət katibi ilə NATO-nun genişlənməsini müzakirə edib

Digər ölkələr
  • 14 iyul, 2023
  • 08:50
Hakan Fidan ABŞ dövlət katibi ilə NATO-nun genişlənməsini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İndoneziyanın paytaxtı Cakartada ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Ukraynadakı müharibəni, NATO-nun genişlənməsini müzakirə ediblər.

Qeyd edək ki, H.Fidan bundan əvvəl NATO baş katibi Yens Stoltenberqlə də bu mövzular ətrafında danışmışdı.