Haitidəki daşqınlar zamanı 9 nəfər həlak olub
Digər ölkələr
- 09 may, 2016
- 21:36
Bakı. 10 may. REPORT.AZ / Haitidə ötən həftənin sonundan başlamış leysan yağışlar insan tələfatına və maddi zərərə gətirib çıxarıb. "Report" xəbər verir ki, bu haqda "Prensa Latina" agentliyi məlumat yayıb.
Məlumata görə, daşqınlar və yaşayış evlərinin dağılması nəticəsində 9 nəfər həlak olub, onlarla sakin xəsarət alıb.
Leysan yağışların əmələ gətirdiyi daşqınlar 2 min 860 evin su altında qalmasına səbəb olub. Ən çox zərər çəkən evlər Nip departamentindədir.
Məlumata görə, 15 ev tamamilə dağılıb.
Xatırladaq ki, bir həftə əvvəl Haiti sahilləri yaxınlığında bir kiçik yelkənli gəmi batıb. Nəticədə 21 nəfər həlak olub.
Son xəbərlər
22:11
DÇ-2026: Niderland millisi hesab arasındakı fərqi 3 topa çatdırıb - YENİLƏNİB-5
Futbol22:07
Pezeşkian və pakistanlı nazir ABŞ ilə aparılan danışıqları müzakirə ediblər
Region21:52
XİN: Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik
Xarici siyasət21:46
Türkiyədə sərnişin avtobusu aşıb, ölən və yaralananlar var
Region21:43
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4 mini keçib
Digər ölkələr21:37
Sumqayıtda 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada ölüb
Hadisə21:24
Ağstafaya iri həcmli dolu düşüb
Ekologiya21:20
Zelenski "Ağ qartal" ordeninin Polşaya qaytarıldığını bildirib
Digər ölkələr20:56