“Google” 8 Martla bağlı dudl hazırlayıb
Digər ölkələr
- 07 mart, 2023
- 20:35
"Google" beynəlxalq axtarış sistemi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə dudl hazırlayıb.
“Report” xəbər verir ki, dudlda qadınların cəmiyyətin müxtəlif sahələrindəki mühüm rolunu əks etdirən şəkillər yer alıb. “Google” qadınların tribunada çıxışı, uşaqları böyütməsi və s. şəkilləri ilə zərif cinsin nümayəndələrinin əvəzolunmaz xidmətlərini bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, Beynəlxalq Qadınlar Günü Azərbaycanda da geniş qeyd olunur.
Qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu tarixi Beynəlxalq Qadınlar Günü kimi rəsmiləşdirib.
Son xəbərlər
15:23
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi15:11
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Region14:44
IMF Serbiya iqtisadiyyatı barədə müsbət proqnoz verib
Digər ölkələr14:30
JMIC: Hörmüz boğazının cənub marşrutu gəmi hərəkəti üçün açıq qalır
Digər ölkələr14:26
Honkonqda tayfun səbəbindən 130-dan çox daxili aviareys ləğv edilib
Digər ölkələr14:16
Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub
Digər ölkələr13:58
Naxçıvanda ali məktəblərə qəbul imtahanında 968 abituriyent iştirak edib
Elm və təhsil13:45
Naxçıvanda FHN-ə 6 ayda 32 mindən çox zəng daxil olub
Daxili siyasət13:31