Gələn il üçün BMT-nin büdcəsi 500 milyon dollar azaldıla bilər

Digər ölkələr
  • 17 sentyabr, 2025
  • 13:24
Gələn il üçün BMT-nin büdcəsi 500 milyon dollar azaldıla bilər
Antonio Quterreş

BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 2026-cı il üçün büdcəsini 2025-ci illə müqayisədə 15 % azaltmağı təklif edib.

"Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu da 500 milyon dollardan çox təşkil edir.

A.Quterreşin sözlərinə görə, xərclərin yenidən nəzərdən keçirilməsi zamanı təşkilatın üç əsas fəaliyyət istiqaməti - sülh və təhlükəsizlik, insan hüquqları və davamlı inkişaf arasında balans nəzərə alınıb. Bu azaldılmalar sülhməramlı missiyaların maliyyələşdirilməsinə də təsir edəcək.

2027-ci ilə qədər BMT Nyu-Yorkda iki binanın icarəsini dayandırmağı planlaşdırır.

BMT-nin İnzibati və Büdcə Məsələləri üzrə Məşvərət Komitəsi təklifləri bu həftənin sonunda nəzərdən keçirəcək. Daha sonra komitə tövsiyələri Baş Assambleyanın Beşinci Komitəsinə təqdim edəcək ki, burada 193 üzv dövlət 2025-ci ilin dekabrına qədər gözlənilən yekun qərarı qəbul edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti