G7 2023-cü ildə Ukraynaya 39 milyard dollar maliyyə yardımı ayırmağı planlaşdırır
Digər ölkələr
- 23 fevral, 2023
- 14:46
“Böyük Yeddilik” (G7) ölkələri 2023-cü ildə Ukraynaya azı 39 milyard dollar maliyyə yardımı ayırmaq niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə fevralın 23-də Hindistanda keçirilən G7 ölkələrinin Maliyyə Nazirliyi və Mərkəzi Bankları rəhbərlərinin görüşünün yekunları üzrə qəbul edilmiş birgə sənəddə deyilir.
“2023-cü il üçün Ukrayna hökumətinin ehtiyaclarına uyğun olaraq, biz büdcə və iqtisadi dəstək öhdəliklərimizi 39 milyard dollara qədər artırdıq”, - sənəddə qeyd edilib.
Xatırladaq ki, Hindistanın Banqalor şəhərində G7 ölkələrinin Maliyyə Nazirlikləri və Mərkəzi Bankları rəhbərlərinin görüşü keçirilib. G20 ölkələrinin analoji görüşü fevralın 24-də təşkil ediləcək.
Son xəbərlər
07:43
Kanberra Hörmüzdə Vaşinqtona yalnız sabit atəşkəs olduğu halda kömək edəcək
Digər ölkələr07:12
Foto
Xəzər dənizində növbəti dəfə zəlzələ baş verib - YENİLƏNİB
Hadisə07:10
Sergey Lavrov Çində səfərdədir
Region06:38
CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
Digər ölkələr06:14
ABŞ ilin əvvəlindən etibarən təxminən 150 milyon barel Venesuela nefti satıb
Digər ölkələr05:44
Peruda prezident və parlament seçkilərində səsvermə başa çatıb
Digər ölkələr04:54
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Digər ölkələr04:17
Video
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr03:35