FTB rəhbəri: Çin ABŞ ilə müqavilə çərçivəsində 13 fentanil prekursorunu qadağan edib

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 00:42
FTB rəhbəri: Çin ABŞ ilə müqavilə çərçivəsində 13 fentanil prekursorunu qadağan edib

ABŞ və Çin fentanil istehsalı üçün istifadə olunan prekursorların qanunsuz ticarətinin dayandırılması ilə bağlı planı razılaşdırıb.

"Report"un məlumatına görə, bunu Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel brifinq zamanı bildirib.

"Çin ABŞ ilə əldə olunmuş razılaşma çərçivəsində sintetik opioid olan fentanilin istehsalı üçün lazım olan bütün 13 prekursorun istifadəsini qadağan edib", – deyə o qeyd edib.

Patel vurğulayıb ki, sözügedən razılaşma onun Çinə səfəri zamanı baş tutub və bu, son 10 ildən artıq müddətdə FTB rəhbərinin Çinə ilk səfəri olub.

Son xəbərlər

Bütün Xəbər Lenti