Fransada üçüncü dəfə karantin tətbiq oluna bilər
Digər ölkələr
- 06 fevral, 2021
- 09:34
Fransada koronavirusla bağlı epidemioloji vəziyyət kəskinləşərsə, hökumət 3-cü dəfə karantin tətbiq etməyi düşünür.
“Report” “Ouest-France”a istinadən xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks müsahibəsində bildirib.
“Bu epidemiyanı üçüncü karantin tətbiq etmədən dəf edə biləcəyimizə heç kim arxayın ola bilməz. Bəli, son günlər Fransada epidemiya səngiyib. Buna hökumətin bir neçə həftə ərzində gördüyü tədbirlər sayəsində nail ola bilmişik. Vəziyyət kəskinləşsə, yeni karantin tətbiq olunacaq”, – o deyib.
Hökumət başçısı sosial, humanitar, hətta sanitariya sahələrində mənfi fəsadlar da doğurduğu bilinən karantini “son çarə” olaraq dəyərləndirib.
Son xəbərlər
08:21
Bakının bəzi yollarında tıxac müşahidə olunur
İnfrastruktur08:10
Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək
Energetika07:56
Netanyahu: ABŞ İsrail ordusunun Qəzza, Suriya və Livandan çıxarılmasını tələb edir
Digər ölkələr07:49
Sietldə kütləvi atışma zamanı iki nəfər ölüb
Digər ölkələr07:28
"Nvidia" məlumatların emalı mərkəzinin tikintisi üçün "OpenAI"yə 250 milyard dollar ayıra bilər
İKT07:07
ABŞ radiasiya təhlükəsizliyi prinsipindən imtina edə bilər
Digər ölkələr06:36
Konqoda Ebola qızdırmasından ölənlərin sayı 1 400-ü ötüb
Digər ölkələr06:08
Ərdoğanın sədrliyi ilə AK Partinin iclası keçiriləcək
Region05:39