Fransada solçu partiya yeni hökumətə qarşı etimadsızlıq səsverməsi irəli sürüb

Digər ölkələr
  • 13 oktyabr, 2025
  • 11:46
Fransada solçu partiya yeni hökumətə qarşı etimadsızlıq səsverməsi irəli sürüb

Solçu "İtaətsiz Fransa" partiyası Milli Assambleyasında (parlamentin aşağı palatası) hökumətə qarşı etimadsızlıq səsverməsi haqqında qətnamə layihəsini qeydiyyata alıb.

"Report" xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz Lekornyu - 2 hökumətinin süqutuna səbəb olacaq etimadsızlıq səsverməsi haqqında qətnamə təqdim etdik!" - o bildirib.

M.Pano vurğulayıb ki, Sebastyan Lekornyu hökuməti süqut etdikdən sonra dövlət başçısı da istefa verməlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti