Fransada meşə yanğınlarına görə 10 min nəfər təxliyə edilib

Digər ölkələr
  • 06 iyul, 2026
  • 11:20
Fransada meşə yanğınlarına görə 10 min nəfər təxliyə edilib

Fransanın Şərqi Pireney departamentində güclü meşə yanğınları səbəbindən təxminən 10 min nəfər təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes "France 2" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, yanğın azı 4 500 hektar ərazini əhatə edib: "Yanğın səbəbindən artıq keçən ilin eyni dövrü üçün 5 700 hektarla müqayisədə 11 mindən bir qədər çox hektar yandırılıb. Bazar günü eyni vaxtda təxminən 20 yanğınla mübarizə aparılıb".

Departamentin prefekti Pyer Reno de la Mot isə bölgədəki yanğın nəticəsində iki nəfərin ağır xəsarət aldığını bildirib: "Yanğınsöndürən və yerli sakinin vəziyyəti ağırdır".

Qeyd edək ki, yanğının söndürülməsinə təxminən 700 yanğınsöndürən, 200 texnika və 9 təyyarə cəlb olunub.