Fransada insanları girov saxlayan şəxs polisə təslim oldu
Digər ölkələr
- 06 avqust, 2020
- 21:14
Fransada bir neçə nəfəri girov götürən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub.
“Report”un məlumatına görə, bu barədə polisin həmkarlar ittifaqına istinadən “Reuters” bildirib.
Qeyd edək ki, hadisə ötən gün Havr şəhərində baş verib. Silahlı kişi banklardan birində 5 nəfəri girov götürüb. O, çoxsaylı tələblər irəli sürüb. Həmin tələblərin nədən ibarət olduğu açıqlanmırdı.
Silahlı şəxs bir qədər sonra girovların ikisini sərbəst buraxmışdı. Polis 34 yaşlı kişinin psixi problemlərinin olduğunu bildirirdi. Hadisə zamanı heç bir girov xəsarət almayıb.
Əraziyə polis əməkdaşları cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb.
Son xəbərlər
18:26
Foto
Azərbaycan BƏƏ ilə qarşılıqlı investisiyaların artırılmasını müzakirə edib
Biznes18:26
Madaqaskarda "Gezani" siklonu səbəbindən 20 nəfər ölüb
Digər ölkələr18:22
"OPEC+" yanvarda neft hasilatını gündəlik 264 min barel azaldıb
Energetika18:20
Novak Cokoviç Dohadakı turnirdən imtina edib
Fərdi18:15
Paşinyan: Ermənistan AES-in istismar müddəti 2046-cı ilə qədər uzadılacaq
Region18:12
Azərbaycan XİN Kanadaya başsağlığı verib
Daxili siyasət18:12
Foto
"Global Media Group" Media Akademiyasının növbəti təlim proqramı yekunlaşıb
Media18:07
Foto
Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir
Region17:57