Fransada hücum zamanı 2 nəfər öldürülüb, xəsarət alan var
Digər ölkələr
- 14 noyabr, 2020
- 22:35
Fransanın qərbindəki Şole kommunasında iki nəfər qətlə yetirilib.
“Report” xəbər verir ki, bu barədə polisdəki mənbələrə istinadən BFMTV telekanalı bildirib.
Qeyd edilir ki, hücum zamanı həmçinin bir qadın ağır yaralanıb.
Kommuna rəhbərinin sözlərinə görə, başından xəsarət alaraq öldürülmüş iki kişinin meyiti küçənin ortasında tapılıb. Ağır yaralanan qadın öldürülənlərdən birinin arvadıdır. O, xəstəxanaya yerləşdirilib.
Cinayətlərin törədilməsində 35 yaşlı kişi şübhəli bilinir. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, həmin şəxsin başqa cinayət əməlləri də polisə məlumdur.
Cinayətin motivi hələ məlum deyil.
Son xəbərlər
09:17
Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub
Hadisə09:04
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Futbol09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (09.06.2026)
Maliyyə09:01
"Troni İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə09:01
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Xarici siyasət09:00
Yaponiyada siyasi partiyaların əksəriyyəti imperator ailəsi haqqında qanuna düzəlişi dəstəkləyib
Digər ölkələr08:54
"Xalq Kapital İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə08:47
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (09.06.2026)
Maliyyə08:47