Fransada daşqınlar nəticəsində 7 nəfər itkin düşüb
Digər ölkələr
- 10 mart, 2024
- 16:00
Fransa xilasediciləri və polisi ölkənin cənub-qərbində itkin düşən 7 nəfəri axtarır.
“Report”un məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin BFMTV kanalında bildirib.
“Ötən axşam pis hava şəraiti səbəbindən yeddi nəfər itkin düşüb - altı nəfər Qar, biri isə Ardeş departamentində”, - Darmanin bildirib.
Onun sözlərinə görə, itkin düşənlərin getdiyi avtomobillər tapılsa da, içəridə adam olmayıb: “İtkin düşənlərin axtarışında dörd helikopter, eləcə də pilotsuz uçuş aparatları iştirak edir”.
Bundan əvvəl fransalı meteoroloqlar ölkənin 10 departamentində mümkün daşqınlar, güclü külək və leysan yağışları səbəbindən iqlim təhlükəsi səviyyəsinin yüksəldiyini bəyan ediblər.
Son xəbərlər
03:32
İran mediası: Hörmüz boğazında ABŞ ilə toqquşmalar davam edir
Region03:05
"Fars": İordaniyada F-18 qırıcılarının yerləşdiyi ABŞ bazası PUA hücumuna məruz qalıb
Digər ölkələr02:47
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr02:23
Didye Deşam: "Etiraf etməliyik ki, bu gün həmişəkindən zəif çıxış etdik"
Futbol02:19
"Mehr": ABŞ Buşehr AES-ə hücum edə bilər
Region02:15
Luis de la Fuente: "Fransanın qarşısında dünyanın ən yaxşı komandası var idi"
Futbol02:06
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
Futbol01:50
Venesuelada zəlzələ zamanı ölənlərin sayı artıb
Digər ölkələr01:30