Fransada daşqın səbəbindən 5,5 min nəfər evakuasiya edilib
Digər ölkələr
- 02 iyun, 2016
- 07:51
Bakı. 2 iyun. REPORT.AZ/ Fransada çayların daşması və güclü yağış nəticəsində yaranan daşqın səbəbindən 5,5 mindən çox insan evakuasiya edilib.
"Report" "BFM TV"yə istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyindən bir sıra şəhərlərin küçələrində suyun səviyyəsinin 1,5, hətta 2 metrə çatdığı bildirilib.
Yaxın zamanda güclü yağışların yeni dalğası da gözlənilir.
"Europe 1" bir nəfərin ölməsi barədə məlumat yayıb. Belə ki, xilasedicilər evdə boğularaq ölən 86 yaşlı qadının cəsədini aşkarlayıblar. Məlumata görə, təxminən 10 min ev işıqsız qalıb.
Hazırda Parisin şərqində və cənub-şərqində ağır vəziyyət qalmaqdadır.
Son xəbərlər
09:12
İran İsveçrədəki danışıqların nəticələrinə əsasən dörd işçi qrupunun formalaşdırıldığını açıqlayıb
Region09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.06.2026)
Maliyyə09:00
DÇ-2026: Əlcəzair İordaniyanı məğlub edib - YENİLƏNİB - 6
Futbol09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.06.2026)
Maliyyə08:57
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
Region08:23
Foto
Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:11
Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Hadisə08:05
ABŞ "Titanik"in artefaktlarının hərracına qadağa qoyulmasını tələb edib
Digər ölkələr07:47