Fransa XİN: İran ABŞ-nin danışıqlar təklifinə qeyd-şərtsiz razılaşmalıdır
- 02 fevral, 2026
- 16:21
Fransanın xarici işlər naziri Jan-Noel Barro hesab edir ki, İran ABŞ-nin danışıqlar təklifi ilə qeyd-şərtsiz razılaşmalıdır.
"Report" BFMTV-yə istinadən xəbər verir ki, Barro bu barədə Tuluz universitetində çıxışı zamanı bildirib.
"ABŞ İrana zərbə endirmək üçün özünə şərait yaradıb. Onlar Tehrana danışıqlar təklif ediblər ki, İran mütləq surətdə bundan istifadə etməlidir", - o deyib.
Nazirin fikrincə, Tehran ciddi güzəştlərə və mövqeyində köklü dəyişikliklərə razı olmalıdır.
J.Barro əlavə edib ki, Fransa bu danışıqları asanlaşdırmağa çalışan regional vasitəçilərlə təmasdadır. O vurğulayıb ki, Paris onları bu səylərində dəstəkləyir.
Xatırladaq ki, daha əvvəl İran XİN-in nümayəndəsi İsmayıl Bəqai bəyan edib ki, Tehran ABŞ ilə gərgin münasibətlərin tənzimlənməsi üçün diplomatiya imkanlarını nəzərdən keçirir. İran XİN-in nümayəndəsi qeyd edib ki ki, Tehran yaxın günlərdə nəticələr ədə olunacağına ümid edir.
İranın XİN başçısı Abbas Əraqçi fevralın 1-də vurğulayıb ki, Tehran və Vaşinqton danışıqlar aparmaq və İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək qabiliyyətindədir.