Fransa prezidenti parlament seçkilərində səs vermək üçün seçki məntəqəsinə tək gəlib

Digər ölkələr
  • 18 iyun, 2017
  • 08:34
Fransa prezidenti parlament seçkilərində səs vermək üçün seçki məntəqəsinə tək gəlib
AP

Bakı. 18 iyun. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron bu gün ölkədə keçirilən parlament seçkilərinin ikinci turunda səs verib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bununla bağlı "BFMTV" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, o, kuror şəhəri Le-Tukedə, Pa-de-Kale departamentinin şimal-qərbindəki səsvermə məntəqəsinə gələrək vətəndaşlıq borcunu yerinə yetirib.

Onun gəldiyi seçki məntəqəsi yerli meriyanın ərazisinə aiddir. Qeyd edək ki, Makron prezident seçkilərində bu şəhərdəki seçki məntəqəsində xanımı Brijitlə birlikdə səs vermişdi. Lakin dövlət başçısı bugünkü seçkidə səs vermək üçün seçki məntəqəsinə tək gəlib.