Fransa müxalifəti yeni hökumətə etimadsızlıq votumunun lehinə səs verib

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 11:56
Fransa müxalifəti yeni hökumətə etimadsızlıq votumunun lehinə səs verib

Fransanın müxalifət partiyaları Baş nazir Sebastyan Lekornyunun yeni hökumətinə etimadsızlıq votumunun elan edilməsi təşəbbüsü ilə çıxış edib.

"Report" xəbər verir ki, bu barədə sağçı "Milli Birlik" partiyasının nümayəndəsi Jan-Filipp Tangi BFMTV telekanalının efirində bildirib.

Hökumətə etimadsızlıq votumunun elan edilməsi təhdidi ilə solçu partiyalar da çıxış ediblər. Belə ki, sosialistlərin lideri Olivye For "France Inter" radiostansiyasının efirində bəyan edib ki, əgər hökumət pensiya islahatını nəzərdən keçirməyə imkan verməsə, Sosialist Partiyası etimadsızlıq votumunu dəstəkləyəcək.

Dünən Yelisey sarayı Nazirlər Kabinetinin yeni tərkibini elan edib. Müdafiə naziri vəzifəsinə keçmiş iqtisadiyyat naziri Bruno Le Mer, maliyyə naziri vəzifəsinə isə Rolan Leskyur təyin edilib. Nazirlərin əksəriyyəti öz vəzifələrində qalıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti