Fox News: Kirkin qətlində şübhəli bilinən şəxs təkadamlıq kamerada saxlanılır
Digər ölkələr
- 14 sentyabr, 2025
- 23:11

ABŞ-nin Yuta ştatında sağçı fəal Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Robinson hazırda təkadamlıq kamerada saxlanılır və hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altındadır.
"Report" xəbər verir ki, bu barədə yerli şerifin ofisinə istinadən "Fox News" məlumat yayıb.
"Robinson təkadamlıq kameraya salınıb ki, biz onu yaxından izləyə bilək. O, psixiatrik müayinədən keçənə qədər xüsusi nəzarət altında qalacaq, bu bir neçə gün çəkə bilər", - deyə məlumatda vurğulanıb.
Şerif idarəsi qeyd edib ki, anormal davranışlar, o cümlədən aqressiya və ya intihara meyllilik nümayiş etdirən məhbuslar xüsusi nəzarət altındadır. Bundan əlavə, müəyyən cinayətlərdə şübhəli bilinən şəxslərə qarşı xüsusi nəzarət aparılır.
Son xəbərlər
01:12
KİV: Türkiyə əsilli Sinan Selen Almaniyanın əks-kəşfiyyatına rəhbərlik edəcək
Digər ölkələr00:45
ABŞ-də Çarli Kirk abidəsini təhqir edən şəxs saxlanılıb
Digər ölkələr00:23
Əlcəzair prezidenti yeni hökumətin tərkibini təsdiqləyib
Digər ölkələr00:00
Bakının erməni-bolşevik işğalından azad olunmasından 107 il ötür
Daxili siyasət00:00
Azərbaycanda Bilik Günüdür
Elm və təhsil23:58
Gəncədə üzgüçülük üzrə "Ganja Cup 2025" turniri başa çatıb
Fərdi23:57
Türkiyənin basketbol millisi Avropa çempionatının gümüş medalını qazanıb
Komanda23:39
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına üç medalla başlayıb
Fərdi23:31
Foto
Video