Fon der Lyayen: Avropanın gələcəyi Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən asılıdır

Digər ölkələr
  • 04 sentyabr, 2025
  • 20:46
Fon der Lyayen: Avropanın gələcəyi Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən asılıdır

Güclü və yaxşı təchiz edilmiş silahlı qüvvələr Ukraynanın ilk müdafiə xətti olmalıdır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu "istəklilər koalisiyası"nın Parisdə keçirilən iclasının yekunları üzrə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

"Biz Ukraynanı indiki və gələcək təcavüzkarlar üçün yeyilməz oxatan kirpiyə çevirməliyik", - o vurğulayıb.

AK rəhbərinin sözlərinə görə, Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü və təlimi davam etdirəcək, artıq 90 minə yaxın Ukrayna əsgərinı təlim keçilib.

O vurğulayıb ki, Avropanın gələcəyi Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən asılıdır

Fon der Lyayen onu da qeyd edib ki, 26 ölkə atəşkəs və ya sülh sazişi əldə olunacağı təqdirdə Ukraynaya quruda, havada və dənizdə hərbi dəstək formatının yaradılmasında iştirak etməyə hazırdır.

Avropanın müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilib: 150 milyard avroluq SAFE fondu 19 Aİ ölkəsi tərəfindən tam razılaşdırılıb, yeni Avropa büdcəsində isə müdafiə sənayesi və Ukraynaya investisiyalar prioritet olacaq.

"Bizim sanksiyalarımız Rusiyanın döyüş meydanını tərk edib danışıqlar masasına əyləşməsi üçün stimuldur. Biz Ukrayna üçün sülh istəyirik", - deyə fon der Lyayen fikrini yekunlaşdırıb.