Filippində üsyançılar polis əməkdaşlarını pusquya salıb, ölənlər var
Digər ölkələr
- 22 mart, 2021
- 04:10
Filippində polis əməkdaşlarının üsyançılar tərəfindən təşkil edilmiş pusquya salınması nəticəsində beş asayiş keşikçisi həlak olub, daha iki nəfər yaralanıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polis Departamentinin rəis müavini Gilyermo Eleazar bildirib.
Onun sözlərinə görə, "Yeni Xalq Ordusu"nun üzvləri Şimali Kamarines əyalətinin Labo şəhərində polis patrulunu pusquya salıblar.
"Atışma nəticəsində beş polis əməkdaşı həlak olub, daha iki nəfər yaralanıb. Regiona üsyançıların yaxalanması üçün təhlükəsizlik qüvvələri göndərilib", - Eleazar deyib.
"Yeni Xalq Ordusu"nun üsyançıları Filippin Kommunist Partiyasının silahlı qanadıdır. Qruplaşma 1969-cu ildən hökumətə qarşı silahlı hücumlar təşkil edir.
Son xəbərlər
01:35
İtaliya Avropanı ABŞ-nin Rusiya - Ukrayna müharibəsinin bitməsi ilə bağlı səylərinə dəstək verməyə çağırıb
Digər ölkələr01:02
Azərbaycanın qadın şahmatçıları İspaniyada dünya çempionatının yarımfinalına yüksəlib
Fərdi00:41
Paytaxtın Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyatın hərəkəti bərpa olunub
İnfrastruktur00:29
Slovakiyanın Baş naziri: AK-nın araşdırmasına baxmayaraq, konstitusiyasını dəyişməyəcəyik
Digər ölkələr00:07
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəridir
Hadisə23:51
Donald Tramp tezliklə Nikolas Maduro ilə telefonla danışacaq
Digər ölkələr23:44
Foto
Video
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-8
Hadisə23:32
Tramp hələ Rusiyanın neft şirkətlərinə sanksiyaları ləğv etmək niyyətində deyil
Digər ölkələr23:22
Foto