Filippində keçiriləcək ASEAN sammitində enerji böhranı əsas mövzu olacaq

Digər ölkələr
  • 07 may, 2026
  • 05:06
Filippində keçiriləcək ASEAN sammitində enerji böhranı əsas mövzu olacaq

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) liderləri Yaxın Şərqdəki enerji böhranı və qeyri-sabitliyin region iqtisadiyyatlarına təsirini müzakirə etmək üçün Filippində danışıqlar aparacaqlar.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, görüşlər cümə axşamı və cümə günləri Sebu adasında, 11 ASEAN ölkəsinin liderlərinin, xarici siyasət və iqtisadi şöbələrinin rəhbərlərinin iştirakı ilə keçiriləcək.

Filippin xarici işlər naziri Maria Tereza Lazaronun sözlərinə görə, enerji və ərzaq təhlükəsizliyi prioritet məsələlər olacaq. Bu məsələlər, əhalisinin əksəriyyəti yanacaq idxalından asılı olan təxminən 700 milyon əhalisi olan bir bölgə üçün xüsusilə vacibdir.

Diplomatlar və analitiklər hesab edirlər ki, mövcud vəziyyət Filippinin ASEAN-a sədrliyi üçün ciddi bir sınaq yaradacaq. Manila xarici iqtisadi risklərə qarşı regional cavabları əlaqələndirməli və eyni zamanda assosiasiyanın daxili məsələlərini gündəmdə saxlamalıdır.

Bunlara Myanmadakı vətəndaş münaqişəsi, Cənubi Çin dənizindəki gərginlik və ötən il ölümlərə səbəb olan Taylandla Kamboca arasında hələ də həll olunmamış sərhəd mübahisəsi daxildir.