Fernandes de Kossio: Kuba ABŞ ilə hərbi toqquşmaya hazırdır
Digər ölkələr
- 22 mart, 2026
- 23:00
Kuba ehtimal az da olsa, ABŞ ilə hərbi toqquşmaya hazırdır.
"Report" xəbər verir ki, bu barədə Kuba xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio "NBC" telekanalına müsahibəsində bildirib.
"Ölkəmiz tarixən həmişə hərbi təcavüz halında vahid bir qurum olaraq səfərbər olmağa hazır olub. Biz bunun ehtimal olunan ssenari olduğunu düşünmürük, amma hazırlıq görməmək sadəlövhlük olardı", - de Kossio bildirib.
Tramp administrasiyasının Kuba Prezidenti Migel Dias-Kaneli hakimiyyətdən uzaqlaşdırmaq istədiyi barədə əvvəllər də məlumatlar yayılmışdı.
De Kossio həmçinin bildirib ki, Kuba hökumətinin xarakteri, strukturu və ya tərkibinin ABŞ ilə danışıqlar mövzusu ola biləcəyi ilə bağlı hər hansı bir fikir doğru deyil.
Son xəbərlər
12:27
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Ekologiya12:19
Ararat Mirzoyan: Ermənistan Avropa Sülh Fondundan üçüncü yardım paketi üçün müraciət edib
Region12:14
Ağdaşda qadının oğlu tərəfindən öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB
Hadisə12:14
Qırğızıstan DİN rəhbəri ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib
Digər ölkələr12:13
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Maliyyə12:09
Saatlıda 50 yaşlı kişi qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə12:07
Kolumbiyanın "Milyonarios" klubunun 18 yaşlı futbolçusu vəfat edib
Futbol12:04
Foto
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Daxili siyasət12:00