FED uçot dərəcəsini ciddi şəkildə endirdi
Digər ölkələr
- 15 mart, 2020
- 21:22
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25%-ə qədər endirib.
“Report” xəbər verir ki, bu barədə nizamlayıcının saytında bildirilir.
Beləcə, FED koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb. "Koronavirusun fəsadları qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır", - deyə nizamlayıcının açıqlamasında bildirilir.
Qeyd edək ki, ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi martın 3-də də uçot dərəcəsinə baxıb. Həmin vaxt FED uçot dərəcəsini 0,5% bənd azaldıb və 1-1,25% səviyyəsində saxlayıb.
FED daha əvvəl uçot dərəcəsinə yanvarın sonunda baxıb və sabit - 1,5-1,75% səviyyəsində saxlayıb.
Son xəbərlər
13:47
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Digər ölkələr13:34
Mahaçqalada qazdan zəhərlənən üç uşaq ölüb
Region13:31
Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb
Hadisə13:14
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Ekologiya13:12
"Əl-Hilal" "Bavariya"nın vingeri Luis Diasla transfer danışıqlarına başlayıb
Futbol13:03
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayımlayıb
Hərbi13:01
Börnhem Britaniyanın maraqlarına uyğun gələcəyi halda, Trampa qarşı çıxmağa hazır olduğunu bildirib
Digər ölkələr12:34
Çində "Noul" tayfununa görə təxliyə edilən şəxslərin sayı 715 mini keçib
Digər ölkələr12:18