Estoniya öz tarixində ən böyük müdafiə sistemini alacaq
- 21 yanvar, 2026
- 12:21
Estoniya Müdafiə Nazirliyi Müdafiə Qüvvələrinin komandanı ilə birlikdə yazda ballistik hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı qərar verməyi planlaşdırır.
Bu barədə "Report" ERR-ə istinadən məlumat verir.
İlkin planlara əsasən, ən kiçik ssenari üzrə Estoniya yüz milyonlarla avro dəyərində HHM sistemi ala bilər, maksimum ssenari üzrə ümumi alış xərcləri isə bir milyard avronu ötəcək.
Raket buraxılış qurğularının növbəti onilliyin əvvəlində Estoniyaya çatdırılacağı gözlənilir. Sistem seçimi zamanı təkcə alış qiyməti deyil, həm də heyət, təlim, istismar və uzunmüddətli texniki xidmət xərcləri nəzərə alınacaq.
ABŞ ("Patriot" sistemi), İsrail ("David's Sling") və Fransa-İtaliya ("SAMP/T" sistemi) potensial istehsalçılar qismində nəzərdən keçirilir.
Yekun qərar həm satınalmanın miqyasını, həm də ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün növbəti addımları müəyyən etməlidir.