Ərəb ölkələri Qətər ilə böhrana son qoyulması barədə saziş imzalayıb
Digər ölkələr
- 05 yanvar, 2021
- 13:58
Tərkibinə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman, Səudiyyə Ərəbistanının daxil olduğu Körfəz Əməkdaşlıq Şurasının (GCC) iştirakçıları Səudiyyə Ərəbistanının Əl-Üla şəhərində keçirilən zirvə toplantısında Qətərlə diplomatik böhrana son qoymaq barədə saziş imzalayıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, görüşü “Al Arabiya” telekanalı canlı yayımlayıb.
Yanvarın 4-də Küveyt xarici işlər naziri şeyx Əhməd Nasser əs-Sabah tərəfindən elan edilən barışıq sazişi Doha ilə münasibətlərin normallaşdırılmasına istiqamətlənib və blokadanın aradan qaldırılmasını, Qətərlə hava məkanının, dəniz və quru sərhədlərinin açılmasını təmin edir.
Son xəbərlər
15:41
Son iki gündə Türkiyədə fırtına səbəbindən beş nəfər ölüb
Region15:41
Natiq Məmmədli: Onlayn mediada Azərbaycan dili ilə bağlı problemlər var
Media15:32
Vüsalə Mahirqızı: Əsas işimiz Azərbaycan dili ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilidir
Media15:31
Azərbaycan piyadaların təhlükəsizliyi üzrə yeni dövlət standartı qəbul edəcək
Biznes15:30
Türkiyə və Suriya XİN başçıları Hələbdəki vəziyyəti müzakirə edib
Region15:28
Foto
QHT-lər və alimlər Azərbaycan dilinin təmizliyi mövzusunda müzakirə aparıblar
Daxili siyasət15:26
Foto
"Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirində ikinci günün mükafatçıları müəyyənləşib
Fərdi15:22
Mətbuat Şurası Dil Komissiyasının tərkibi yenidən formalaşdırılıb
Media15:20