Ərdoğan və Putin ikitərəfli sammitin keçirilməsi barədə razılığa gəlib
Digər ölkələr
- 16 noyabr, 2015
- 10:46
Bakı. 16 noyabr. REPORT.AZ/ Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası dekabrın 15-də Rusiyada keçiriləcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə iki ölkənin prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Antalyada G20 liderlərinin sammiti çərçivəsində keçirdikləri ikitərəfli görüş zamanı razılıq əldə olunub.
İki ölkə liderinin görüşü Bələk qəsəbəsindəki "Reqnum" hotelində bağlı qapılar arxasında baş tutub və təqribən bir saat davam edib. Görüşdə, həmçinin Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, Türkiyə tərəfdən isə xarici işlər naziri Feridun Sinirlioğlu, energetika naziri Əli Rza Alaboyun və Türkiyə Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan iştirak edib.
Son xəbərlər
03:32
İran mediası: Hörmüz boğazında ABŞ ilə toqquşmalar davam edir
Region03:05
"Fars": İordaniyada F-18 qırıcılarının yerləşdiyi ABŞ bazası PUA hücumuna məruz qalıb
Digər ölkələr02:47
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr02:23
Didye Deşam: "Etiraf etməliyik ki, bu gün həmişəkindən zəif çıxış etdik"
Futbol02:19
"Mehr": ABŞ Buşehr AES-ə hücum edə bilər
Region02:15
Luis de la Fuente: "Fransanın qarşısında dünyanın ən yaxşı komandası var idi"
Futbol02:06
Zinəddin Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq
Futbol01:50
Venesuelada zəlzələ zamanı ölənlərin sayı artıb
Digər ölkələr01:30