Əlcəzairin qərbində baş verən avtobus qəzasında azı 13 nəfər ölüb

Digər ölkələr
  • 07 dekabr, 2025
  • 05:43
Əlcəzairin qərbində baş verən avtobus qəzasında azı 13 nəfər ölüb

Əlcəzairin qərbindəki Bəni-Abbas vilayətində avtobusun aşması nəticəsində azı 13 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.

"Report"un "Algeria Press Service" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tebalbal dairəsində, №50 magistralında baş verib. Avtobus Tinduf və Beşar vilayətləri arasında hərəkət edirmiş. Naməlum səbəbdən nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində ən azı 13 nəfər ölüb, 35 nəfər yaralanıb. Ölkənin Mülki Müdafiə Xidmətinə istinadən "Agence France-Presse"in yaydığı rəqəmlərə görə, ölənlərin sayı ən azı 14, yaralananların sayı isə 34 nəfərdir.

Əlcəzair Prezidenti Əbdülməcid Təbbun da faciə ilə bağlı başsağlığı verib. Onun tapşırığı ilə daxili işlər, səhiyyə nazirləri və digər aidiyyəti qurumların rəhbərləri zərərçəkənlərə lazım olan yardımın göstərilməsini koordinasiya edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti