Əfqanıstanın 5 əyalətində uçuşlar dayandırılıb
Digər ölkələr
- 01 avqust, 2021
- 23:23
Zorakılıq və təhlükəsizlik təhdidlərinin artması səbəbindən Əfqanıstanın 5 əyalətində təyyarə uçuşları dayandırılıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edildiyi kimi, ölkənin cənubundakı Qəndəhar hava limanı raket atəşinə tutulub. Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində ölən olmayıb, lakin hava limanından uçuşlar ləğv edilib.
Eyni zamanda Əfqanıstan Mülki Aviasiya İdarəsi Badahşan, Qunduz, Fəryab, Gülmənd və Qəndəhar əyalətlərində uçuşların ləğv edildiyini açıqlayıb.
Bundan əlavə, üç gün əvvəl ölkənin qərbindəki Herat əyalətindəki hava limanında bütün uçuşlar toqquşmalar səbəbindən ləğv edilib.
Son xəbərlər
20:30
ABŞ və BƏƏ hərbi sahədə süni intellektin tətbiqi üçün işçi qrupu yaradacaqlar
Digər ölkələr20:29
UEFA Çempionlar Liqası: "Sabah" "KuPS"la matçda ikinci qolu vurub - YENİLƏNİB-3
Futbol20:19
İsfahan Həsənov: "Gümüş medal qazansam da, həvəsdən düşmədim və əlimdən gələnin ən yaxşısını edəcəyəm"
Fərdi20:07
Gürcüstanın mədəniyyət naziri istefa verib
Region20:03
Zelenski: Trampla "Patriot" istehsalı üçün lisenziyaları müzakirə etdik - YENİLƏNİB
Digər ölkələr19:54
Orxan Həbibli: "Dünya çempionatında qızıl medal da qazana bilərdim"
Fərdi19:46
Tramp və Netanyahunun görüşündə müzakirə olunacaq məsələlər açıqlanıb
Digər ölkələr19:44
Sun Çjun: Azərbaycan sabitliyin möhkəmləndirilməsinə və regionun inkişafına əhəmiyyətli töhfə verib
Xarici siyasət19:39
Foto