Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1 411-ə çatıb - YENİLƏNİB-2

Digər ölkələr
  • 02 sentyabr, 2025
  • 14:59
Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1 411-ə çatıb - YENİLƏNİB-2

Əfqanıstanda dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 1411 nəfərə çatıb.

Bu barədə "Report" xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, təbii fəlakət nəticəsində ən azı 3 124 nəfər xəsarət alıb, 5412-dən çox ev dağılıb.

Xatırladaq ki, avqustun 31-i gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.

Taliban hökuməti ölənlərin sayının 4 min nəfər, BMT isə 1,5 min nəfər ola biləcəyini hesab edir.

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 124-ə çatıb.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, bu barədə Əfqanıstanın Qızıl Aypara humanitar təşkilatı məlumat yayıb.

Təbii fəlakət nəticəsində ən azı 3 251 nəfər xəsarət alıb, 8 mindən çox ev dağılıb.

Xatırladaq ki, avqustun 31-də gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.

Taliban hökuməti ölənlərin sayının 4 min nəfər, BMT isə 1,5 min nəfər ola biləcəyini hesab edir.

Əfqanıstanın şərqində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb.

Bu barədə "Report" xarici mediaya istinadən məlumat verir.

Təbii fəlakət nəticəsində ən azı 3 min nəfər yaralanıb.

"Zərərçəkənlər təxliyə olunur, buna görə də bu rəqəmlər əhəmiyyətli dərəcədə dəyişə bilər", - Əfqanıstanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinin nümayəndəsi bildirib.

Xatırladaq ki, bazar günü gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.