Əfqanıstanda törədilən partlayış nəticəsində 15 nəfər ölüb
Digər ölkələr
- 17 iyul, 2018
- 13:37
Bakı. 17 iyul. REPORT.AZ/ Əfqanıstanın şimalındakı Sari-Pul vilayətində İŞİD terror qruplaşmasının terrorçu-kamikadzesinin özünü partlatması nəticəsində 15 nəfər ölüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Silahlı Qüvvələrinin ölkənin şimalında yerləşən 209-cu korpusunun nümayəndəsi Məhəmməd Hənif Rezaye məlumat verib.
Hərbçinin sözlərinə görə, partlayış Sayad rayonunda "Taliban" hərəkatının liderlərindən biri Şirməhəmməd Qəzənfərin dəfn mərasimi zamanı baş verib.
Rezaye 15 yaraqlının öldüyünü, 3 nəfərin isə yaralandığını bildirib. Əyalət administrasiyasından isə 15 nəfərin öldüyü və 5 nəfərin yaralandığını qeyd edilib.
Son xəbərlər
02:48
SEPAH: ABŞ-nin "Tomahawk" raketi məhv edilib
Region02:20
Gürcüstanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB-3
Region02:20
Kavelaşvili: Azərbaycan və Türkiyə Gürcüstanın regional rolunu yüksək qiymətləndirir
Region01:51
ABŞ Rusiyanın ali məktəblərini milli təhlükəsizliyə təhdidlər siyahısına daxil edib
Digər ölkələr01:17
"Tasnim": ABŞ ordusu Qeşm adasına raket hücumu edib
Region00:50
Tramp: Si Cinpin sentyabrın 24-də ABŞ-yə səfər edəcək
Digər ölkələr00:21
Kavelaşvili: Sağlam müxalifətin olmaması siyasi proseslərə mane olur
Region00:00
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq edib
Region23:45