Əfqanıstanda partlayışda ölənlərin sayı 63-ə yüksəlib
Digər ölkələr
- 09 may, 2021
- 13:52
Əfqanıstanın paytaxtı Kabilin qərb hissəsində qızlar məktəbinin yaxınlığında törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 63-ə yüksəlib, daha 150 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə "Tolo News"a hadisə qurbanlarının qohumları məlumat veriblər.
Bir müddət əvvəl Əfqanıstanın Səhiyyə Nazirliyi 55 nəfərin öldüyünü rəsmən təsdiqləmişdi. Ölənlərin və xəsarət alanların çoxu məktəbli qızlardır. Əfqanıstan Prezidenti Əşrəf Qani hadisəni terror aktı adlandırıb və partlayışlara görə “Taliban” hərəkatını ittiham edib. Ancaq onlar bu hadisədə iştirak etmədiklərini bildiriblər.
Partlayışlara görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
Son xəbərlər
07:23
DÇ-2026: İsveç Tunislə matçda daha bir qol vurub - YENİLƏNİR-6
Futbol07:21
CNN: ABŞ və İran saziş imzalamazdan əvvəl Dohada hazırlıq məsləhətləşmələri keçirəcəklər
Digər ölkələr07:07
NYT: İranın xarici işlər naziri ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək
Digər ölkələr06:49
Tramp: ABŞ regionun gəlirlərinin 20 %-i müqabilində Yaxın Şərqin keşikçisi ola bilər
Digər ölkələr06:42
Ekvador millisinin baş məşqçisi: "Dünya çempionatında buraxılan kiçik səhvlər baha başa gəlir"
Futbol06:36
Emerse Fae: "Fildişi Sahili millisinin səbrli olmağı vacib idi və bunun bəhrəsini gördük"
Futbol06:18
Quterreş ABŞ və İran arasında sülh sazişini alqışlayıb
Digər ölkələr06:16
Fildişi Sahili - Ekvador matçının ən yaxşı oyunçusu açıqlanıb
Futbol05:44