Əfqanıstanda daşqınlar səbəbindən 40-dan çox insan ölüb

Digər ölkələr
  • 22 iyul, 2026
  • 17:35
Əfqanıstanda daşqınlar səbəbindən 40-dan çox insan ölüb

Əfqanıstanın şərqində leysanların səbəb olduğu daşqınlar nəticəsində 40-dan çox insan ölüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Qeyd olunub ki, onlarla insan xəsarət alıb, həmçinin itkin düşənlər var.

Təbii fəlakət yaşayış evlərinə, ictimai binalara və s. ciddi ziyan vurub. Dağıntıların miqyasının qiymətləndirilməsi davam edir.

BMT-nin humanitar təşkilatları tərəfdaşları ilə birlikdə zərərçəkmiş əhalinin ehtiyaclarını qiymətləndirir və cavab tədbirləri hazırlayır. Müvəqqəti sığınacaq, ərzaq yardımı, tibbi xidmətlər göstərilməsi planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl 20 nəfərin öldüyü bildirilmişdi.