Əfqanıstanda 60 nəfər leysan yağışların qurbanı olub
Digər ölkələr
- 05 mart, 2019
- 19:08
Bakı. 5 mart. REPORT.AZ/ Əfqanıstanın cənubunda son bir neçə gün ərzində davam edən leysan yağışlar və daşqınlar təxminən 60 nəfərin həyatına son qoyub, 140-dan çox insan zərər çəkib.
"Report" xəbər verir ki, bu barədə "Tolo News" telekanalı ölkənin Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə İdarəsi üzrə dövlət naziri Naqib Aka Hakimə istinadən xəbər verib.
Nazir qeyd edib ki, Qəndəhar, Zabul və Farah vilayətlərində minlərlə zərərçəkmiş ailəyə təcili kömək göstərilib.
Daha əvvəl təbii hadisə nəticəsində 20 nəfərin həlak olduğu, 10 nəfərin itkin düşdüyü bildirilib. Qeyd edək ki, həmin vilayətlərdə infrastruktura da ciddi ziyan dəyib. Təkcə Qəndəhar şəhərində 60-a yaxın ev dağılıb və ya ziyan çəkib.
Son xəbərlər
06:43
Araşdırma: İnsanlar və meymunlar milyonlarla ildir ki, eyni şəkildə gülürlər
Maraqlı06:14
Alimlər B12 vitamini çatışmazlığının yeni nəticələrini aşkar ediblər
Sağlamlıq05:50
"Axios": ABŞ ordusu ilə "SEPAH" arasında hələlik "qaynar xətt" yaradılmayıb
Region05:15
Macarıstanda yeni temperatur rekordu qeydə alınıb
Ekologiya04:42
İsrail qüvvələri "Hizbullah"a məxsus böyük yeraltı obyekti dağıdıb
Region04:00
Pakistan təhlükəsizlik qüvvələri 29 terrorçunu öldürüb
Digər ölkələr03:36
NYT: Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar
Digər ölkələr03:05
"FT": Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən aylar çəkəcək
Region02:42