Efiopiyada parlament seçkilərinin vaxtı yenə dəyişdi
Digər ölkələr
- 17 may, 2021
- 03:33
Efiopiyada iyunun 5-ə nəzərdə tutulmuş parlament seçkiləri yenidən təxirə salınıb.
“Report”un məlumatına görə, bu barədə Afrika ölkəsinin Milli Seçki Komissiyasının başçısı Birtukan Mideksaya istinadən FANA telekanalı bildirib.
Komissiya rəhbərinin sözlərinə görə, qərar seçicilərin qeydiyyatda yubanmaları fonunda qəbul edilib.
"Seçkilərin yeni tarixi üç həftə ərzində elan olunacaq", - Mideksa vəd verib.
Efiopiyada parlament seçkiləri 2020-ci ilin avqustunda keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə səsvermələrin vaxtı 2021-ci ilin iyununa keçirilib.
Efiopiyada seçki prosesinə etnik münaqişələr də təsir göstərir.
Son xəbərlər
00:54
ABŞ MOL şirkətinin lisenziyasının müddətini avqustun 28-dək uzadıb
Digər ölkələr00:30
Tatarıstanda neft-kimya zavodunda yanğın baş verib
Region00:02
Şərurda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə00:00
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Elm və təhsil23:55
Kaliforniyada "F-35" qırıcı təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr23:51
Azərbaycan XİN Əlcəzairlə həmrəyliyini ifadə edib
Xarici siyasət23:47
Tramp İnfantino ilə DÇ hüquqlarının satışını müzakirə etmədiyini bildirib
Digər ölkələr23:41
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
Xarici siyasət23:29