Dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə çatıb
Digər ölkələr
- 06 may, 2015
- 11:58
Bakı. 6 may. REPORT.AZ/ 2014-cü ilədək dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə - 38 milyon nəfərə çatıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Norveçin Qaçqınlarla İş üzrə Şurasının hesabatında bildirilib.
Məlumata əsasən, təkcə 2014-cü ildə öz ölkələrindəki münaqişələrə görə evlərini tərk edənlərin sayı 11 milyona yaxın olub. Hesabatda bildirilib ki, hər gün 30 min nəfər öz evini tərk edir.
Xatırladaq ki, Azərbycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı Qarabağdakı öz evindən məcburi köçkün düşüb.
Son xəbərlər
08:16
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:02
Qızılın qiyməti bir unsiya üçün 4 150 dolları ötüb
Digər ölkələr07:39
Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb - YENİLƏNİB-2
Digər ölkələr07:28
Keniyada fillərin kütləvi ölümünün ehtimal olunan səbəbi açıqlanıb
Digər ölkələr07:07
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Energetika06:48
Pentaqon HHM sursatlarının istehsalına dair müqavilənin dəyərini artırıb
Digər ölkələr06:41
CENTCOM: İrana yeni zərbələr seriyası başa çatıb – YENİLƏNİB-2
Digər ölkələr06:21
Rusiya ordusu Ukraynaya hava zərbələri endirib
Digər ölkələr05:51