Donald Trampın müşaviri istefaya getdi
Digər ölkələr
- 01 dekabr, 2020
- 00:43
ABŞ prezidenti Donald Trampın koronavirus pandemiyası üzrə xüsusi müşaviri Skott Atlas vəzifəsindən istefa verib.
“Report” xəbər verir ki, bu barədə Atlasın bəyanatına istinadən “Fox News” telekanalı bildirib.
Atlas onun üçün təyin edilmiş xüsusi dövlət məmuru kimi 130 günlük müddəti yerinə yetirib.
Telekanalın sitat gətirdiyi məktubda Atlas öz istefasının səbəbləri haqqında heç nə bildirməyib.
Bir sıra alimlər Atlası fəal tənqid edirdi. Çünki o, alimlərin fikrincə, epidemiya təhlükəsini çox kiçildirdi. Məlumata görə, Trampın sabiq müşaviri məktəblərin və bir sıra digər müəssisələrin açılışını müdafiə edirdi.
Son xəbərlər
07:03
DÇ-2026: Paraqvay Türkiyə ilə oyunun əvvəlində hesabı açıb - YENİLƏNİR
Futbol06:57
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Digər ölkələr06:54
Braziliya - Haiti oyununun ən yaxşı futbolçusu Vinisius olub
Futbol06:32
DÇ-2026: Braziliya Haiti millisinə qalib gəlib - YENİLƏNİB-6
Futbol06:25
Alimlər ən təhlükəli uşaq xərçəngi növlərindən birinə qarşı vaksin hazırlayıblar
Sağlamlıq06:06
Məhəmməd Vəhbi: "Qrupdan çıxacağımıza inanırıq"
Futbol05:48
Stiv Klark: "Dünya çempionatına Şotlandiyanın heç vaxt bacarmadığını etmək üçün gəlmişik"
Futbol05:42
Ronaldinyo peşəkar futbolçu karyerasını bərpa edir
Futbol05:18