Donald Tramp: "Kim Çen Inla Şimali və Cənubi Koreyanın sərhədində görüşə bilərik"
Digər ölkələr
- 29 iyun, 2019
- 11:21
ABŞ prezidenti Donald Tramp iyunun 30-da Şimali və Cənubi Koreya sərhədindəki silahsız zolaqda Kim Çen Inla görüşə bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Osakadakı G20 sammitinin yekun mətbuat konfransı zamanı məlumat verib.
“Bildiyiniz kimi, indi Cənubi Koreyaya gedirəm. Belə çıxır ki, Kim Çen Inla da görüşə bilərik. Kim Çen In tərəfindən də belə bir görüşə böyük maraq var, müsbət cavab verilib", - deyə o qeyd edib.
Hazırda tammiqyaslı ikitərəfli görüşdən yox, sadəcə qarşılıqlı salamlaşmadan söhbət getdiyini vurğulayan ABŞ prezidenti bu il iki ölkə arasında daha bir yüksək səviyyəli görüşün baş tuta biləcəyini diqqətə çatdırıb.
Son xəbərlər
07:35
DÇ-2026: Yeni Zelandiya - Belçika matçında hesab açılıb - YENİLƏNİR
Futbol07:18
ABŞ yenidən futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir
Futbol07:17
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
Futbol07:07
İran ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib
Region06:47
Çin ABŞ-yə Tayvanla bağlı ciddi xəbərdarlıq edib
Digər ölkələr06:44
Aleks Baena Uruqvay - İspaniya oyununun ən yaxşısı seçilib
Futbol06:40
Kabo Verde - Səudiyyə Ərəbistanı oyununun ən yaxşı fubolçusu Deroy Duarte olub
Futbol06:14
İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq
Region06:01