Dominikan işıqsız qalıb
Digər ölkələr
- 12 noyabr, 2025
- 05:12
Dominikan Respublikasında qəza səbəbindən elektrik enerjisinin tam kəsilməsi baş verib və milli polis asayişi qorumaq üçün səfərbər edilib.
"Report" xəbər verir ki, bu barədə yerli "Diario Libre" qəzeti məlumat yayıb.
Noyabrın 11-də yerli vaxtla saat 19:00-a (noyabrın 12-si Bakı vaxtı ilə saat 03:00) ölkənin enerji təchizatının cəmi 30%-dən bir qədər çoxu bərpa olunub.
Bundan əvvəl Dominikanın dövlət enerji şirkəti ETED məlumat verib ki, fasilə ölkənin şərq hissəsində iki böyük elektrik stansiyasında baş vermiş qəza nəticəsində baş verib.
Ölkənin Milli Polisi öz Facebook səhifəsində asayişi qorumaq üçün bölmələrinin yerləşdirilməsinə göstəriş verdiyini açıqlayıb.
Son xəbərlər
05:07
Karlo Ançelotti: "Mərakeşlə oyundakı heç-heçədən razıyam"
Futbol05:02
DÇ-2026: Haiti - Şotlandiya oyunu start götürüb
Futbol04:36
Braziliya - Mərakeş oyununun ən yaxşı futbolçusu açıqlanıb
Futbol04:05
DÇ-2026: Braziliya Mərakeşlə bərabərə qalıb - YENİLƏNİB-5
Futbol03:59
Rəsmi Pxenyan: Ölkənin nüvəsizləşdirilməsi məsələsi artıq bağlanıb
Digər ölkələr03:15
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
Digər ölkələr03:06
FIFA Misir millisinin formasında dəyişiklik edilməsini istəyib
Futbol02:41
Video
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
Region02:19