Danimarkanın Baş naziri: Qrenlandiya ilə bağlı mübahisə həll olunmayıb

Digər ölkələr
  • 14 fevral, 2026
  • 21:05
Danimarkanın Baş naziri: Qrenlandiya ilə bağlı mübahisə həll olunmayıb

Danimarka və ABŞ arasında Qrenlandiyanın mənsubiyyəti ilə bağlı mübahisə həll olunmayıb.

"Report" xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransındakı debatlar zamanı bildirib.

"Düşünürəm ki, Amerika prezidentinin (Donald Trampın - red.) istəyi eynidir (Qrenlandiyaya nəzarət etmək - red.). Krallıq və Avropa bununla razı deyil. Bircə onunla razıyıq ki, Arktikada təhlükəsizliyin təmin edilməsi üçün daha çox iş görülməlidir".

Xatırladaq ki, fevralın 13-də Frederiksen ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.

ABŞ administrasiyası yanvarın 31-də Qrenlandiyanın gələcək mənsubiyyəti ilə bağlı danışıqların başladığını bildirərək həm Ağ Ev, həm də Avropa üçün yaxşı sazişə nail olunacağına ümid ifadə edib. Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruri olduğunu bildirib.

Qrenlandiya muxtar ərazi statusunda Danimarkanın tərkibinə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın Müdafiəsi haqqında Müqavilə imzalayıb. Buna əsasən ABŞ adanı mümkün təcavüzdən qorumaq öhdəliyini öz üzərinə götürüb.

Son xəbərlər

Bütün Xəbər Lenti