​"Daily mail": "ABŞ-la "Taliban" arasında danışıqlar keçiriləcək"

Digər ölkələr
  • 19 fevral, 2015
  • 07:08
​Daily mail: ABŞ-la Taliban arasında danışıqlar keçiriləcək

Bakı.19 fevral. REPORT.AZ/ Bu gün Qətərdə ABŞ rəsmiləri ilə "Taliban" hərəkatının nümayəndələri arasında sülh danışıqlarının birinci raundunun keçiriləcəyi gözlənilir.

"Report" "Daily mail"ə istinadən xəbər verir ki, bu barədə "Taliban" rəhbərliyindən bildirilib. Onun sözlərinə görə, fevralın 20-də ikinci raundun keçirilməsi planlaşdırılıb.

ABŞ və Qətərin rəsmi dairələri bu xəbəri şərh etməyib.