Dağıntılar, mülki insanların ölümü – Kiyevdə vurulan binanın görüntüləri - REPORTAJ

Digər ölkələr
  • 26 oktyabr, 2025
  • 16:29
Dağıntılar, mülki insanların ölümü – Kiyevdə vurulan binanın görüntüləri - REPORTAJ

Oktyabrın 26-da Ukraynanın bir sıra şəhərlərinə o cümlədən paytaxt Kiyevə Rusiya ordusu tərəfindən hava zərbələri davam edib.

Kiyev hərbi administrasiyasından "Report"un Şərqi Avropa bürosuna verilən məlumatda bildirilir ki, bu dəfə paytaxtın əsasən Dnepr çayının sol sahilindəki rayonları hədəf olub. Hücum zamanı ümumilikdə 28 nəfər yaralanıb, 4 nəfər həlak olub. Yaralananlardan da 2-si uşaqlardır. Aviazərbələrə əsasən Desnyanskiy, Darnitskiy və Poznyaki rayonları ardıcıl hədəf olub. Havada vurulan dronlar yaşayış evlərinə çırpılıb. Dağıntıların miqyası böyükdür. Desnyanskiy rayonunda 3 nəfərlik ailənin bütün üzvləri həlak olub.

"Report"un əməkdaşı həmın binadan fotorepotaj hazırlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti