Cozef Bayden və Emmanuel Makron Əfqanıstan məsələsini müzakirə ediblər
Digər ölkələr
- 20 avqust, 2021
- 01:55
ABŞ prezidenti Cozef Bayden və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ və Fransa dövlət başçıları Əfqanıstanda yaranmış vəziyyəti, o cümlədən Kabil aeroportundan ölkələrin vətəndaşlarının təxliyəsi prosesini müzakirə ediblər.
"Onlar Əfqanıstan üzrə müttəfiqlər və demokratik tərəfdaşlar arasında sıx koordinasiyanın, həmçinin humanitar yardım və qaçqınlara dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğuladılar", - xəbərdə deyilir.
Dövlət rəhbərləri həmçinin gələn həftə “Böyük yeddilər”in Əfqanıstan üzrə virtual sammitinin keçirilməsi planını alqışlayıblar.
Son xəbərlər
16:11
Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatıb
Fərdi16:04
Nazirlik dövlət teatrlarındakı bədii rəhbərlərin yeni strukturda fəaliyyətinə aydınlıq gətirib
Mədəniyyət siyasəti16:01
Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır
Digər ölkələr16:01
Azərbaycanda araq istehsalının illik həcmi 100 min dekalitrə çatdırılacaq
Sənaye15:55
Türkiyə və Fransa XİN başçıları Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər
Region15:54
Bakıda narkotiklərin satışını həyata keçirməkdə təqsirləndirilən 6 nəfər həbs olunub
Hadisə15:54
Azərbaycan Rusiyadan qoyun idxalını 9 dəfə artırıb
ASK15:54
Kənan Quluzadə: "Azərbaycan turizmi yeni inkişaf mərhələsinə qədəm qoyur"
Turizm15:50
Foto